Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində ``Mövsümün sonu`` filminin təqdimatı olub
Avqustun 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində rejissor Elmar İmanovun “Mövsümün sonu” bədii filminin təqqdimatı keçirilib.
Qeyd edək ki, “Mövsümün sonu” rejissorun ilk tammetrajlı filmidir. İlk təqdimat 2019-cu ilin fevralında Rotterdam kinofestivalı çərçivəsində keçirilib. Film “Parlaq gələcək” (“Bright Future”) müsabiqəsində iştirak etmiş və FİPRESSİNİN (Beynəlxalq kinopressalar Federasiyası) mükafatı ilə təltif edilmişdir. 2019-cu ilin iyununda “Mövsümün sonu “Zerkalo” Beynəlxalq Kinofestivalının əsas müsabiqəsinə daxil oldu, onun nəticələrinə görə iki mükafata – “Nadir müəllif baxışına görə” mükafat və “Səs” gənc tənqidçilərin münsiflər heyətinin mükafatına layiq görülüb.
“Mövsümün sonu” filmi Bakı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Nümayişdən sonra filmin müzakirəsi aparılıb. Zülfiyyə Qurbanova, Rasim Cəfərov və Mir Mövsüm Mirzəzadənin ifalarındakı psixoloji məqamlar xüsusilə qeyd olunub.
Filmin təsviri həllində operatorların peşəkarlığı xüsusilə diqqəti cəlb edir.
Rejissor Elmar İmanovun sözlərinə görə,” Mövsümün sonu ” filmi realist dramdır ki, bu da bir ailənin timsalında ünsiyyət problemləri və insan duyğularının sönməsini göstərir: “Qəhrəmanların psixoloji əlaqə problemi var. Kritik bir an gəlir ki, onlar sözün bitdiyi yerdədilər. Amma bu yerdə onları yaxınlaşdıran bədbəxtlik baş verir”.
İmanov qeyd edib ki, “Mövsümün sonu” layihəsinə qədər o çoxmilyonluq büdcəyə malik film çəkməli idi, amma bu, baş vermədi. Sonrakı proseslərdə belə qərara alınıb ki, film maliyyə komponentindən asılı olmayaraq çəkiləcək. Nəticədə, iki həftə ərzində rejissorun əvvəllər üç filmdə bir yerdə işlədiyi aktyorlar üçün ssenari yazıldı.
O da təsadüfi deyil ki, filmin ssenari müəllifi Elmar İmanovun qardaşı Anar İmanovdur. O bildirib ki, “Mövsümün sonu ” filmi Rotterdam kinofestivalında böyük maraqla qarşılanıb.
Onun sözlərinə görə, filmin xüsusiyyəti ondan ibarətdir ki, o, müxtəlif ölkələrdə müxtəlif cür qəbul edilir. Bunda onun üstünlüyüdür.
“Mövsümün sonu” filminin təqdimatında Azərbaycan mədəniyyəti və incəsənətinin bir qrup nümayəndəsi iştirak edib: dirijor Ramiz Məlik-Aslanov, aktrisalar Sənubər İsgəndərli və Şükufə Yusupova, gənc rejissorlardan Emin Əfəndiyev, Tural Vaqifoğlu və vayner Taleh Yüzbəyov və b.
Yeri gəlmişkən, aktrisa Zülfiyyə Qurbanova “Mövsümün sonu” filmindəki baş rolun psixoloji cəhətdən incə ifasına görə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino mükafatına layiq görülüb. Mükafat avqustun 1-də, Azərbaycanın Milli Kino Günü ərəfəsində kino evində aktrisaya təqdim edilib.