Azərbaycan Kinematoqrafçılar İttifaqının 21-24 oktyabr tarixlərində keçirilən “Muğanda Kino Günləri” layihəsi yekunlaşıb.
İmişli, Beyləqan, Saatlı və Sabirabad bölgələrini əhatə edən nümayişlərdə Q. Əsgərovun “Mən burdayam, ilahi”, A.Amalın “Titrəmə”, E. Əfəndiyevin “Tənha insanın monoloqu”, İ. Hacılının “İlkin şəhid”, A. Nəbiyevanın “Evsiz qalmış ay”, İ. Nəcəfin “Suğra və oğulları” və “Atam, anam, bir də mən”, T. Tahiroviçin “Qırmızı” filmləri tamaşaçılara təqdim olunub.
Nümayiş tədbirlərində İmişli rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdir muavini Rüfət Muradov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Məmmədova, Füzuli Dövlət Dram Teatrının rejissoru Nicat Mirzə, Beyləqan rayon İcra hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Məhəmməd Qələndərov və Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayon üzrə nümayəndəsi İlkin Zeynalov, Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərhad Mürsəlov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı iştirak ediblər.
Kinotənqidçi Aygün Aslanlının moderatorluğu ilə keçən nümayişlər tamaşaçılar arasında böyük maraqla qarşılanıb.
aki.az