“Qızıl qayıq” mükafatçısı bəlli oldu

Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı davam edir.

Qeyd edək ki, ənənəyə görə hər festivalın öz mövzusu, qalibləri və öz mükafatçısı olur.

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatçısı artıq bəlli olub. Bu dəfə “Qızıl qayıq” mükafatına “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” operator Ramiz Ağayev layiq görülüb.

Xatırladaq ki, I ANİMAFİLM-in “Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi, II ANİMAFİLM festivalında isə bu mükafata Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, rejissor Firəngiz Qurbanova və animasiya rejissoru  Elçin Hami Axundov, III ANİMAFİLM-də “Qızıl qayıq” mükafatına rejissor Hafiz Əkbərov layiq görülmüşdür.

aki.az