Yanvarın 23-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında rejissor Kəmalə Musazadənin “Ulu Türkün Təbrizi” sənədli filminin nümayişi baş tutub.
Tədbirin əvvəlində müəllif, film haqda nümayiş iştirakçılarına qısa məlumat verib.


Nümayişdən sonra tamaşaçılar təəssüratlarını və fikirlərini bölüşüblər, rejissoru təbrik ediblər.
Qeyd edək ki, İstiqlal şairi Xəlilrza Ulutürkün oğlu, 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olmuş Milli Qəhrəman Təbriz Xəlilbəyliyə həsr edilmiş “Ulu Türkün Təbrizi” sənədli filmi (filmə bax) Mədəniyyət Nazirliyinin sifarişilə “Salnaməfilm” kinostudiyasında 2019-cu ildə çəkilmişdir.
Fotoreportajı təqdim edirik.

