Fevralın 5-də Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, dramaturq, ssenarist, Dövlət mükafatları laureatı, Xalq yazıçısı, uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini icra etmiş Rüstəm İbrahimbəyovun anadan olmasının 86-cı ili münasibətilə Fəxri xiyabandakı qəbirüstü abidəsi
ziyarət olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri – Əməkdar incəsənət xadimi, şair, yazıçı Baba Vəziroğlu, Xalq artisti, professor Həmidə Ömərova, rejissor, pedaqoq Oleq Səfərəliyev, AKİ İdarə Heyətinin üzvləri – pedaqoq, aktrisa Mahirə İsgəndərova, rejissor Rövşən İsax, AKİ üzvləri – Əməkdar mədəniyyət işçisi, kinoprodüser, rejissor Adil Qulamov, Avrasiya Teleradio Akademiyasının həqiqi üzvü, rejissor Arzu Qulamov, animasiya rejissoru Cavid Əhədov və başqaları kinodramaturqun məzarını ziyarət ediblər.
R.İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat edib.
aki.az