23-26 aprel tarixlərində Bakıda Qırğız Kinosu Günləri keçiriləcək. Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, Qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.
Aprelin 23-də, saat 19.00-da “Nizami” Kino Mərkəzində Qırğız Kinosu günlərinin açılış mərasimi olacaq.
Aprelin 24-də, saat 17.00-da Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olacaq. Heydər Əliyev Mərkəzində keçiriləcək mərasimdə dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi nümayiş olunacaq.
Aprelin 25-də, saat 15.00-da Azərbaycan və Qırğızıstan ziyalılarının görüşü olacaq. Görüş Azərbaycan Milli Kitabxanasında baş tutacaq.
Aprelin 26-da, saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qırğız Mədəniyyət Günlərinin qala konserti keçiriləcək.
Qeyd edək ki, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi yanında Kinematoqrafiya Departamentinin direktoru Akzholtoy Bekbolotov, “Cənnət anaların ayaqları altındadır” bədii filminin rejissoru Ruslan Akun Mədəniyyət günlərində qonaq qismində iştirak edəcək.
Tədbirin açılış və bağlanış mərasimində “Cənnət anaların ayaqları altındadır ” bədii filminin və “Xəta 404” bədii filminin nümayişi olacaq.
24 aprel, saat 16:00-da “Xəta 404”, 25 aprel, saat 19:00-da “Cənnət anaların ayaqları altındadır” bədii filmləri tamaşaçılara təqdim olunacaq.