2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi Müsabiqənin qaliblərindən biri, “Nova Gorica” Kino Mərkəzi tərəfindən istehsal olunmuş “Qıfıl” tammetralı bədii filminin beynəlxalq yayımına AKİ tərəfindən maliyyə ayrılıb.

Qara komediya janrında olan film qeyri-adi süjet xətti ilə diqqət çəkir. Filmin əsas ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub. Real hadisələrə əsaslanan bədii filmin ssenari müəllifi, AKİ katibi Tahir Tahiroviç, quruluşçu rejissoru İlqar Quliyev (Tahir Tahiroviçin iştirakı ilə), quruluşçu operatoru Rafiq Əliyev, rəssamı Leyla Quliyeva, bəstəkarı Lalə Əhmədova, kreativ prodüseri İradə Bağırzadə, prodüseri isə Afaq Yusiflidir. Filmdə rolları Fətəli Abdullayev, Hüseynağa Aslanov, Xalq artisti Şamil Süleymanov, Əməkdar artist Azad Şükürov, Ülviyyə Əliyeva, Selcan Xatun və Zaur Manafov canlandırır. Qeyd edək ki, film, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə istehsal olunub.
aki.az

