Oktyabrın 23-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
İclası giriş sözü ilə açan AKİ-nin yeni sədri, Xalq artisti Şəfiqə Məmmədova İdarə Heyətinin üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.





Ş.Məmmədova bu il sentyabrın 11-də keçirilən AKİ konfransında sədr seçildikdən sonra qurumda görülən işlər, təşkilatın yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər, qarşıdakı dövr üçün nəzərdə tutulan planlar, eləcə də milli kinonun həllini gözləyən mühüm problemlər barədə danışıb.
İşgüzar şəraitdə keçən iclasda İdarə Heyətinin üzvləri İttifaqın fəaliyyətinin daha da səmərəli təşkili və Azərbaycan kinosunun aktual problemlərin həlli ilə bağlı konkret təkliflərini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi oktyabrın 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiqləyib.

