Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi tərəfindən keçirilən 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” yekunlaşıb. Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası”nın qərarına əsasən, pitçinq mərhələsində iştirak edən 31 layihədən 18-i Agentlik tərəfindən istehsalına dəstək göstərilməsi üçün seçilib.
Ümumilikdə, 18 qalib layihəyə limit xərclər cədvəllərinə əsasən 2.763.861 AZN maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Təqdim olunmuş limit xərclər cədvəlləri çərçivəsində yekun smetalar təsdiq edildikdən sonra tərəflər arasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq müqavilələr bağlanacaqdır.
Bununla yanaşı, Ekspert Şurasının qərarına əsasən, aşağıdakı 5 layihə Bədii Keyfiyyətə Nəzarət Komissiyasının iştirakı ilə təkmilləşdirilməklə növbəti ilin “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsində birbaşa iştirak hüququ qazanıb:
Tammetrajlı bədii filmlər:
* “Meşə növbətçisi” — CNF
* “Bir, iki, üç” — Nova Gorica Kino Mərkəzi
Qısametrajlı bədii filmlər:
* “İkimiz” — Karvan Production
* “Rüzgarın melodiyası” — Navis
Sənədli film:
* “Yuyunma – Bu bir film deyil” — Navis




