15 oktyabr 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında Vətən müharibəsinin ildönümü münasibətilə təşkil olunan film nümayişləri çərçivəsində rejissor Aleksey Germanın “İyirmi müharibəsiz gün” (1976) bədii filmi Azərbaycan dilində dublyajla nümayiş etdirilib.


Nümayişin əsas məqsədi müharibənin insan talelərinə təsirini kino vasitəsilə təqdim etmək, tarixi yaddaşı yaşatmaq və tamaşaçıları müharibənin humanitar və mənəvi nəticələri üzərində düşünməyə təşviq etmək olub. Müharibənin insanların gündəlik həyatında və mənəvi dünyasında buraxdığı izlərə həsr olunan film nümayişləri qarşıdakı həftələrdə də davam edəcək. Proqram çərçivəsində hər həftənin cümə axşamı Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında müharibə mövzusunda müxtəlif bədii və sənədli filmlər nümayiş olunacaq.

