Aprelin 16-da Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında rejissor və ssenarist Hacı Səfərovun “Eyay” pyesinin oxunuşu baş tutub.
Qeyd edək ki, adıçəkilən pyes 14–17 aprel 2026-cı il tarixlərində baş tutmuş “CHARACTERS – Müasir Dramaturgiya Hərəkatı: CHARACTERS 2026” pyes müsabiqəsinin qalibi olmuş üç pyesdən biridir.



Müsabiqənin bədii rəhbəri, dramaturq İsmayıl İmanın sözlərinə görə, oxunuşların keçirilməsi bir neçə məqsədə xidmət edir. Bir tərəfdən, bu, qalib pyeslərin təqdim edilməsi və tamaşaçıların müasir dramaturgiya ilə tanış olması üçün bir imkandır. Digər tərəfdən isə oxunuşlar gələcək tamaşaların yaranması yolunda mühüm mərhələ kimi çıxış edir.
Rejissoru Şəbnəm Xeyrullanın olduğu pyesdə Fateh, Lamiyə Ərən və Şəbnəm Xeyrulla iştirak edirlər.
aki.az

