Azərbaycan Kinematoqrafçılar İttifaqının 2025-ci il oktyabrın 1-də elan etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə ssenarilərin qəbulu 15 aprel 2026-cı il tarixində yekunlaşıb. Qeyd olunan tarixdən sonra göndərilən ssenarilər müsabiqəyə buraxılmır.
Öncə, ssenarilərin qəbulu üçün son gün 2026-ci il 1 aprel tarixi müəyyən olunsa da, müraciətlərin axınını nəzərə alaraq, sonradan bu tarixi aprelin 15-nə qədər uzatmaq qərarı verilib.
Bu müddət ərzində [email protected] elektron ünvanına 39 adda ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb. Müsabiqənin əvvəlində qeyd edildiyi kimi, birinci tura keçid almış ssenarilər 15 iyul 2026-cü il tarixində, qalib ssenarilər isə 2 avqust 2026-cü il tarixində elan olunacaq. Birinci turun nəticələri elan olunanda, müsabiqənin münsiflər heyətinin tərkibi də ictimaiyyətə açıqlanacaq.
Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.
Bütün müəlliflərə təşəkkür edir və uğurlar arzu edirik.
aki.az

