AKİ-nin idarə heyətinin üzvü, HoçazFilm kinostudiyasının direktoru Amil Məmiyev və AKİ-nin üzvü, ssenarist və rejissor Valeh Əhmədov Türkiyə Mədəniyyət Nazirliyi, Türkiyə Sinema Genel Müdirliyi və Ege Universitetinin təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq Turan Film Festivalının jüri heyətində yer alıblar. Festivalın əsas müsabiqə yarışında Məzahir Həşimov, Elmar Bayramov, Ərturan Nəcəfi, Fərid Kərim, Cavid Səmədov, Sevinc Mahmudova, Ruslan Mollayev və daha bir neçə azərbaycanlı rejissorların filmləri iştirak edəcək.
Amil Məmiyevin və rejissor Məzahir Həşimovun səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.
aki.az