Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser Türkan Hüseynin “Xatırladığını Eşit” bədii film layihəsi Rotterdam Beynəlxalq Film Festivalının Hubert Bals Fondundan Ssenari İnkişaf Dəstəyi qazanıb.
Məlumata görə, sözügedən müsabiqədə Qafqazdan, Şərqi Avropadan və Mərkəzi Asiyadan olmaqla, ümumilikdə 20 layihə qalib gəlib, hər bir layihə 10.000 avro qrant udub.
“Xatırladığını Eşit” bədii film layihəsinin ssenari müəllifi Türkan Hüseyn, prodüser: Emil Nəcəfov, ko-prodüserlər: Kəmalə İsrafilova, Fəxriyyə İsmayilova (Türkiyə, Parda Film). Süjetə əsasən, qətl işi üzrə məhkəmədə həlledici şahid olan qadın, şüurunun dərinliklərində basdırılmış, şahid olduğu hadisəni yenidən bərpa etməli, eyni zamanda, həqiqəti öz istədikləri kimi formalaşdırmağa çalışan manipulyativ qüvvələrə qarşı mübarizə aparmalıdır.
Layihə bundan öncə Fransa İnstitutunun CNC ilə birgə Kann şəhərində keçirilən Türkiyə və Qafqaz üzrə film proyektlərinin pitçinqi və Torino film laboratoriyasına seçilib iştirak etmiş, inkişaf etdirilmişdir.
aki.az

