Rejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” sənədli film layihəsi Beldocs Sənədli Film Festivalının pitçinq forumuna seçilmiş 10 layihədən biridir.
“Rental Azərbaycan” MMC-nin istehsalı olan sənədli filmin rejissoru T.Hüseyn, prodüserləri T.Hüseyn və Emil Nəcəfdir.
Qeyd edək ki, adıçəkilən layihə AR Kino Agentliyinin (ARKA) elan etdiyi müsabiqənin qalibi olub və agentlik tərəfindən maliyyə dəstəyi ayrılıb.
“Kapitan və Xəzər dənizi” filmi 1990-cı il 20 yanvar hadisələrində gəmi kapitanlarının göstərdiyi şücaətdən bəhs edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı layihənin Beldocs Sənədli Film Festivalında iştirakı üçün maliyyə dəstəyi ayırıb.
aki.az