Azərbaycan Kinematoqrafçılar İttifaqının “Şirvanda kino günləri” layihəsinin açılışı iyulun 2-də Biləsuvar rayonunda baş tutub. Açılış tədbiri “Heydər Əliyev Mərkəzi”nin kiçik zalında keçirilib.
Tamaşaçılara İlqar Nəcəfin “Suğra və oğulları” tammetrajlı bədii filmi, Şirin Əhmədovun “Qütb ulduzu” qısametrajlı bədii filmi, Pərviz Həsənovun “Uşaqlıq fotosu” qısametrajlı sənədli filmi, Amil Amalın “Titrəmə” qısametrajlı bədii filmi və rejissor İntiqam Hacılının “İlkin şəhid” qısametrajlı sənədli filmi təqdim olunub.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun iştirakilə keçirilən “Suğra və oğulları” bədii filminin nümayişində yazıçı Şəfaət Şəfi və aktyor Cahangir Məlik də iştirak edirdi. Nümayişdən sonra icra başçısı film və tədbir haqqında öz fikirlərini bildirib, yaradıcı heyəti təbrik edib və uğurlar arzulayıb.
aki.az