Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor Şamil Əliyevin “Yaradanlar – 2” bədii-sənədli filmi XXIV Dəkkə Beynəlxalq Film Festivalının Dünya Kinosu Bölməsində müsabiqəyə qatılacaqdır. Festival 2026-cı il, 10-18 yanvar tarixlərində Banqladeşin Dəkkə şəhərində keçiriləcəkdir.
Film dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılıq fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə , əxlaqına vurduğu şiddətli zərbənin araşdırılmasından, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdikdən sonra ziyalıları represylardan qoruyaraq onların yaşayıb-yaratması üçün qayğılarından bəhs edir.
“Yaradanlar – 2” filmi “Salnamə” studiyası və Nurfilm Prodüser Mərkəzində 2024-ci ildə istehsal olunub. Filmin quruluşçu-rejissoru Şamil Əliyev, ssenari müəllifi, Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur və Şamil Əliyevdir.
aki.az

