Vestikavkaza.ru xəbər portalının yaydığı məlumata görə, “Armenfilm” kinostudiyası yenidən bərpa olunacaq.
Onun ərazisində kinosənaye üçün müasir infrastruktur, həmçinin təhsil və ölkənin mədəni irsinin qorunması mərkəzləri qurulacaq. Müvafiq sərəncam Ermənistan hökuməti tərəfindən verilib.
Sərəncamda deyilir: “Kinostudiyanın dövlət səhm paketi ölkənin təhsil, elm, mədəniyyət və idman nazirliyinə verilib. “Sputnik Ermənistan”ın məlumatına görə, bərpa proqramını sözügedən nazirlik hazırlayacaq”.
“Armenfilm” kinoistehsalat şəhərciyi” adlı layihə çərçivəsində kinomərkəzin bazasında müasir texnologiyalarla film çəkməyə, o cümlədən, gələcəkdə istehsal gücünü effektli şəkildə artırmağa imkan verən müasir infrastruktur qurulması nəzərdə tutulur.
Xatırladaq ki, “Armenfilm” kinostudiyası 1923-cü ildə yaradılıb, uzun illər çoxlu sayda tammetrajlı və qısametrajlı bədii, sənədli və animasiya filmlərinin istehsalı ilə məşğul olub. Sovet İttifaqı dağılandan sonra kinostudiya faktiki olaraq fəaliyyətini dayandırıb.
Mənbə: https://shorturl.at/uQdG4

