AKİ-nin İdarə Heyətinin üzvü, kinorejissor Şamil Əliyev 2026-cı il mayın 9-da Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Uluslararası Rotary Barış Film Festivalında Münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
2021-ci ildə Türkiyədə və dünyada müsbət sülhə nail olmaq səylərini təşviq etmək üçün İstanbulda qurulan Rotary Sülh Klubu tərəfindən təşkil edilən festival, sülh fəlsəfəsini və dilini qlobal miqyasda yaymağı hədəfləyir.
Başlanğıc nöqtəmiz: “Sülh” sözü tez-tez “müharibə”nin əksi kimi istifadə olunsa da, təkcə müharibənin olmaması cəmiyyətdə sülhün həqiqətən hökm sürdüyü anlamına gəlmir. İncəsənət ideyaların ifadəsidir. “Sülh Sənəti: Qonaqpərvərlik” mövzusu ilə 4-cü Rotary Sülh Film Festivalı, sülhün, sənət əsəri yaratmaq kimi, incə, düşüncəli və intizamlı intellektual araşdırma tələb etdiyini vurğulamağa çalışır. Sülh sənəti, sülhü necə başa düşdüyümüzü və ondan nə gözlədiyimizi formalaşdırma prosesidir.
Həyatın müxtəlif ölçülərində sülh sənətinin təsirini araşdıran əsərlər kollektiv müdrikliyi təşviq edəcək və yeni ideyaların yaranmasına ilham verəcəkdir. Bu əsərlər sülh anlayışının həyatımızın hər sahəsinə necə təsir edə biləcəyini göstərməklə perspektivimizi yeniləməyə kömək edəcək.
Festivalda “Ən Yaxşı Sənədli Film”, “Ən Yaxşı Qısa Film”, “Ən Yaxşı Tələbə Sənədli Filmi”, “ Ən Yaxşı Tələbə Qısa Filmi” mükafatları təqdim olunacaq.

