13-17 may 2026-cı il tarixlərində Nizami Kino Mərkəzi və Fluxus Space qalereyasında 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq. 9-cu ANİMAFİLM Festivalının əsas mövzusu “Dəniz”dir.
Festival Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə keçirilir.
Builki festivalda:
- Zəngin müsabiqə və müsabiqədənkənar proqramları
- Xarici animasiya müəllifərləri ilə görüşlər
- “İsi və Piti” animasiya serialının təqdimatı
- Yeni Azərbaycan animasiya filmləri
- “ANİMAFİLM Jurnal”ının təqdimatı
- OSCAR və BAFTA filmləri
- “ANİMAFİLM School: Stop-motion” vörkşopu
- 2-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi
Festivalın tam proqramı ilə www.animafilm.az saytımızdan tanış ola bilərsiniz.
Festivalın bu tədbirləri ödənişsizdir:
- Açılış mərasimi. “İsi və Piti” və “Yulaf dönərgə”-nin premyerası. 13.05.2026 (19:30 – 21:00). Nizami kino mərkəzi. Qeydiyyatsızdır. Yaş 6+
- “ANİMAFİLM School: Stop-motion” vörkşopu. Qeydiyyat mütləqdir. Yaş 16+
Digər tədbirlər üçün biletləri www.tripsome.az saytından əldə edə bilərsiniz.
Tərəfdaşlar:
- Nizami Kino Mərkəzi
- Nine Senses
- Fluxus Space
- Kanadanın Türkiyə və Azərbaycandakı səfirliyi
- British Council
- Çexiya Respublikasının Azərbaycandakı səfirliyi
- Şekerci Cafer Erol
- Eminence – Events & Catering
- Almond
- Cuppa Coffee
- Dynamic Box
- Kinobiz
- OB Film
- KYNO
- FAMU
Bilet tərəfdaşı: Tripsome

