Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü prodüser, rejissor Türkan Hüseynin “Xatırladığını eşit” adlı bədii film layihəsi nüfuzlu “Torino Film Lab – Next Feature” beynəlxalq proqramına seçilib.
Detektiv və dram janrında olan filmin baş qəhrəmanı Lalə, qətllə yekunlaşan davanın təsadüfi və yeganə şahidinə çevrilir və bu hadisə ölüm-dirim mübarizəsinə çevrilir.
İlk sessiyası onlayn formatda 4-8 may tarixlərində keçirilən beynəlxalq proqramın növbəti sessiyası 1-5 iyun, 2026-cı il tarixlərində baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihənin və Türkan Hüseynin “Torino Film Lab – Next Feature” beynəlxalq proqramda iştirakına dəstək göstərib.
aki.az

