İyunun 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə AKİ üzvü rejissor Maarif Məhərrəmbəylinin 65 illik yubileyi “Nizami” Kino Mərkəzində qeyd olunub.
Yubiley tədbirində rejissorun həmkarları, dostları iştirak ediblər, təbrik və ürək sözlərini yubilyara çatdırıblar. Tədbirdən sonra Maarif Məhərrəmbəylinin qısametrajl filmləri tədbir iştirakçılarına təqdim olunub.


Maarif Məhərrəmbəyli 26 may 1961-ci ildə Bakıda dünyaya göz açıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb, əvvəlcə fəhlə, sonra rejissor assistenti olaraq çalışıb. “Azərbaycanfilm”in istehsalı olan bir çox filmlərdə – “Qəribə adam”(1979, tammetrajlı bədii film) – rejissor assistenti, “Solmaz bir bahar kimi” (1979, qısametrajlı sənədli film) – rejissor assistenti, “Qocalar, qocalar” (1982, tammetrajlı bədii film) – rejissor assistenti, “Park” (1983, tammetrajlı bədii film) – rejissor assistenti, “Qoca palıdın nağılı” (1984, tammetrajlı bədii film) – rejissor assistenti, “Dağlı məhəlləsi” (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, “Üzü gündoğana tikilən evlər” (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Bakı toyları” (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Axırıncı doza” (2006, qısametrajlı sənədli film) – rejissor, “İlk qurbanlıq” (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Sönməz ocaq” (2006, qısametrajlı sənədli film) – rejissor, “Bakı bağları” (2007, sənədli serial) – rejissor, “Sınaq meydanı”(2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Azərbaycan qalaları” (2008-2009, sənədli serial) – rejissor, “Dənizlə danışan adam” (2010, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Hər kim yüz il yaşamasa” (2010, sənədli serial) – yaradıcı heyətin üzvü, “Azərbaycan xalçaları” (II) (2010-2011, sənədli serial) – rejissor, “Nurlu gözlərin xeyirxah işığı”(2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Zamanın burulğanında” (2012, tammetrajlı sənədli televiziya filmi) – inzibatçı, aktyor, “Bakı döyüşü” (2014, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Xəzər Atlantidası” (II) (2014, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “İki cəbhə arasında”(2014, qısametrajlı sənədli televiziya filmi) – rejissor, “Karvanın izi ilə…” (2014, qısametrajlı sənədli televiziya filmi) – rejissor və s. çalışıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı adından Maarif Məhərrəmbəylini yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq!
aki.az

