İyunun 14-də Azərbaycan Kinematoqrafçılar İttifaqı və Milli Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Bayrağı ordenli şəhid Qaratel Hacımahmudovanın
xatirəsi anıldı. Tədbir çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “Qaratel” sənədli filminin nümayişi keçirildi.


Tədbirdə Qaratel Hacımahmudovanın ailə üzvləri, döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Filmin ssenari müəllifi və rejissoru Kamalə Musazadə qeyd etdi ki, tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının “Vətənpərvər filmlərin nümayişi” layihəsi çərçivəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələr gününə həsr edilmişdir. “Qaratel” filminin nümayişindən sonra müzakirələr olundu.
Qeyd olundu ki, belə filmlərin nümayişi müntəzəm keçirilməlidir. Gənc nəslin vətənpərvər ruhunda böyüməsində və tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir.
aki.az

