İyulun 7-də AKİ-də Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının üzvlərinin görüşü baş tutub. Görüşdə bu il ikinci dəfə keçirilməsi planlaşdırılan AKKG-nin mükafatlarına namizədlərin müəyyənləşdirilməsi və təqdimatı prosesi müzakirə olunub.
Keçən il olduğu kimi bu il də 17 kinoyazardan ibarət heyət 2025-ci il ərzində ölkə ərazisində kinoteatrlarda və ya festivallarda nümayiş olunmuş uzun və qısametrajlı bədii və sənədli filmləri peşəkar kateqoriyalarda dəyərləndirməyə çalışıblar. Heyət iki ay ərzində 16 qısametrajlı sənədli, 13 qısametrajlı bədii, 16 uzunmetrajlı bədii və 6 uzunmetrajlı sənədli film olmaqla ümumilikdə 51 filmə baxıb. Nəticə olaraq, 12 nominasiya üzrə 7 uzunmetrajlı bədii, 6 uzunmetrajlı sənədli, 6 qısametrajlı sənədli və 6 qısametrajlı bədii film seçim mərhələsinin qısa siyahılarına daxil edilib.
AKKG-nin mükafatlarına namizədlərin qısa siyahılarını təqdim edirik:
“ƏN YAXŞI SSENARİ” nominasiyasında:
- “Mənim sehrli dünyam” – ssenari müəllifi Elvin Adıgözəl;
- “Otel Loo” – ssenari müəllifi Asiman Ağa Rövşən;
- “Hal” – ssenari müəllifi Sədaqət Kərimova;
- “Bəlkə də” – ssenari müəllifi Taleh Yüzbəyov;
- “Boşluğa xütbə” – ssenari müəllifi Hilal Baydarov
“ƏN YAXŞI REJİSSOR İŞİ” nominasiyasında:
- “Mənim sehrli dünyam” – rejissor Elvin Adıgözəl;
- “Boşluğa xütbə” – rejissor Hilal Baydarov;
- “Otel Loo” – rejissor Elvin Rüstəmzadə;
- “Bəlkə də” – rejissor Taleh Yüzbəyov;
- “Tağıyev: Sona” – rejissor Zaur Qasımlı
“ƏN YAXŞI OPERATOR İŞİ” nominasiyasında:
- “Otel Loo” – quruluşçu operator Vasif Vəlizadə;
- “Bəlkə də” – quruluşçu operator İman İmanov;
- “Mənim sehrli dünyam” – quruluşçu operator Natiq Hüsiyev;
- “Boşluğa xütbə” – quruluşçu operator Hilal Baydarov;
- “Ümid zirvəsi” – quruluşçu operator Əhməd Barasov
“ƏN YAXŞI MUSİQİ” nominasiyasında:
- “Hal” – Sədaqət Kərimova;
- “Otel Loo” – Vüqar Məmmədzadə;
- “Boşluğa xütbə” – Kənan Rüstəmli;
- “Tağıyev- Çar” – Etibar Əsədli;
- “Bəlkə də” – İslam Şirvani
“ƏN YAXŞI RƏSSAM İŞİ” nominasiyasında:
- “Boşluğa xütbə” – Hilal Baydarov
- “Mənim sehrli dünyam” – Sitarə İbrahimbəyli;
- “Bəlkə də” – Səbuhi Atababayev;
- “Otel Loo” – Ülviyyə Verdiyeva;
- “Tağıyev-Çar” – Səbuhi Atababayev
“ƏN YAXŞI AKTYOR” nominasiyasında:
- Cahangir Məlikov (“Mənim sehrli dünyam”)
- Türkay Cəfərli (“Spinozanın tanrısı”)
- Mirsahib Qabiloğlu (“Hal”)
- Azər Aydəmir (“Otel Loo”)
- Taleh Yüzbəyov (“Bəlkə də”)
“ƏN YAXŞI AKTRİSA” nominasiyasında:
- Fidan Rzayeva (“Alovun kölgələri”);
- Günay Əhməd (“Zəfər rəqsi”)
- İranə Kərimova (“Hal”)
- Dəniz Tacəddin (“Tağıyev: Sona”)
- Gülcahan Salamova (“Qayıtdım”)
“ƏN YAXŞI FİLM” nominasiyasında:
- “Mənim sehrli dünyam”
- “Otel Loo”
- “Hal”
- “Boşluğa xütbə”
- “Bəlkə də”
“ƏN YAXŞI UZUNMETRAJLI SƏNƏDLİ FİLM” nominasiyasında:
- “Başlıbel: Mühasirə gündəliyi” (rejissor Pərviz Həsənov)
- Tomas Qolts: Neft Odisseyası” (rejissor Rüfət Həsənov)
- “Nargin: Sona qədər sirli” (rejissor Xəyyam Abdullazadə)
- “Mənim evim” (rejissor Seyran Mahmudoğlu)
- “Kür çaylar anası” (rejissor Seyran Mahmudoğlu”)
- “Ümid zirvəsi” (rejissor Elçin Quliyev)
“ƏN YAXŞI QISA BƏDİİ FİLM” nominasiyasında:
- “Erkən hisslər” (rejissor Nurlan Həsənli)
- “Oriondan sevgilərlə” (rejissor Rafiq Hacıyev)
- “Torpağı sanı yaşayasan” (rejissor Samir Kərimoğlu)
- “Alovun kölgələri” (rejissor Elnur Paşa)
- “Zəfər rəqsi” (rejissor Gəray Həsən)
- “Dərədə” (rejissor Əbülfəz İskəndərov)
“ƏN YAXŞI QISA SƏNƏDLİ FİLM” nominasiyasında:
- “Yaddaş sarayları” (rejissor Mətləb Muxtarov)
- “Planda Bayırşəhər” (rejissor Elməddin Süleymanov)
- “Sanatoriya əzgiləri” (rejissor Leyla Qənbərli)
- “Gəlir və gedir” (rejissorlar Konstantin Soldatov-Çingiz Babayev)
- “Rəqs edən qız” (rejissor Pərvanə Quliyeva)
- “Ümid dayanacağı” (rejissor Murad Muradov)
Qaliblərin adları tezliklə elan ediləcək. Bütün namizədlərə uğurlar arzulayırıq

