Azərbaycan Kinematoqrafçılar İttifaqının 1 oktyabr 2025-ci il tarixində elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin finalçıları müəyyənləşib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı artıq bir neçə ildir ki, mütəmadi olaraq ssenari müsabiqələri təşkil edir. AKİ bu təşəbbüsü ölkədə ssenari yaradıcılığının inkişafına töhfə verən, müəlliflər arasında sağlam rəqabəti təşviq edən və yeni ssenari müəlliflərinin yaradıcılıq fəaliyyətini stimullaşdıran mühüm mexanizmlərdən biri hesab edir.
Müstəqillik dövrü Azərbaycan kinosunun əsas problemlərindən biri təkcə uşaqlar üçün deyil, həm də baş qəhrəmanı uşaq olan böyüklər üçün filmlərin azlığıdır. Bu səbəbdən Azərbaycan Kinematoqrafçılar İttifaqı builki ssenari müsabiqəsini baş qəhrəmanı uşaq (15 yaşadək) olan tammetrajlı bədii film ssenarilərinə həsr edib.
Azər Allahverdi – “Rüzgar”
Ülviyyə Heydərova – “Bir, iki, üç”
Elvin Məcidli – “Akvarium”
Elxan Xanəlizadə – “Mustafa”
Fərid Hüseynli, Xan Abdulla – “Yazgülün nəvəsi”
Mirsadıq Ağazadə – “Bayramınız mübarək”
Nurlan Həsənli – “Anam xaric”
Reyhan Yusifqızı – “Qapı arxasında o”
Rövşən Məmmədov – “Qardaşım”
Şəbnəm Xeyrulla – “Meşə növbətçisi”
Xatırladaq ki, öncə, ssenarilərin qəbulu üçün son gün 2026-ci il 1 aprel tarixi müəyyən olunsa da, müraciətlərin axınını nəzərə alaraq, sonradan bu tarixi aprelin 15-nə qədər uzatmaq qərarı verilib.
Bu müddət ərzində [email protected] elektron ünvanına 39 adda ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb. Qalib ssenarilər 2 avqust 2026-cı il tarixində elan olunacaq. Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.
Bütün müəlliflərə təşəkkür edir və uğurlar arzu edirik.

