Sentyabrın 3-də Azərbaycan Kinematorqafçılar İttifaqının kinozalında Azərbaycan Ssenaristlər Gildiyasının təşkilatçılığı ilə ssenaristlər, rejissorlar, prodüserlər üçün nəzərdə tutulmuş “İdeyadan film hekayəsinə” mövzusunda intensiv praktiki master-klass keçirildi.



Təlimçi, Hindistan Film və Televiziya İnstitutunun (FTII) məzunu, tanınmış yazıçı-rejissor və ssenari məsləhətçisi Aadiş Keluskar master-klas zamanı ideyanın dramatik potensialının müəyyənləşdirilməsi, mövzu və süjet arasındakı fərqlər, yüksək və aşağı konsepsiya prinsipləri, eləcə də hekayənin kommersiya və festival istiqamətləri üzrə inkişaf yollarından bəhs etdi. İştirakçılar həmçinin layihələrin cəlbediciliyini qiymətləndirmək üçün praktiki metodlarla tanış oldular.
aki.az

