AR Ədliyyə Nazirliyi ssenaristlər gildiyasının qeydə alınması ilə bağlı məktub ünvanlayıb. Məktubda deyilir:
“Sözügedən təşkilatın dan qeydiyyatına alınması ilə bağlı nazirliyə müraciət daxil olmamışdır.
Eyni zamanda qeyd edirik ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunun 9.3-cü maddəsinə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatında alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

