Kinooperator Natiq Hüsiyev (“Mənim sehrli dünyam”, “Haralısan, durna?”) 26-28 iyun tarixlərində Almaniyanın Münxen şəhərində “Euro Cine Expo – 2025” adlı, kino və televiziya istehsalı sahəsində çalışanlar üçün təşkil olunmuş beynəlxalq sərgidə iştirak edib.
Sərgidə kino sahəsinə aid ən son texnologiyaların (kamera, işıq, obyektiv və s.) nümayişi ilə yanaşı, süni intellekt, HDR texnologiyası, rejissor-operator əməkdaşlığı, ekoloji film istehsalı kimi mövzularda seminar və panel müzakirələri də keçirilib.
Sərgi təşkilatçılarının sözlərinə görə, sərginin məqsədi, dünyanın fərqli ölkələrindən gəlmiş mütəxəssislərin öz təcrübələri ilə paylaşmaq və yeni insanlarla tanışlıq və əlaqələr yaratmaqdır.
N.Hüsiyevin sərgidə iştirakı üçün səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.
aki.az