Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləməyə davam edir. Məhz bu məqsədlə yaradılmış “Kinosəyyah” proqramı çərçivəsində geridə qoyduğumuz 2025-ci ilin 4-cü rübündə AKİ-nin maliyyə dəstəyilə baş tutmuş səfərlərin siyahısını təqdim edirik.
- Rejissor Amil Məmibəyli – “Titrəmə” qısametrajlı bədii filminin II Yalova Beynəlxalq Film Festivalında nümayişi (Türkiyə);
- 2.Rejissor Ələmdar Faiq – 29-cu Jihlava Beynəlxalq Sənədli Film Festivalının “Sənaye günləri” rəsmi proqramı çərçivəsində “Ümid bizi aparacaq” layihəsinin təqdimatı (Çexiya);
- 3.Rejissor İmaməddin Həsənov – 38-ci Amsterdam Beynəlxalq Sənədli Film Festivalında (Hollandiya) “Xəyalpərəstlər: İşıq adamları” sənədli filminin nümayişi (iştirak haqqı, viza xərcləri);
- Rejissor və ssenarist Ülviyyə Əhmədova – 29-cu Tallin “Qara Gecələr” Beynəlxalq Film Festivalında iştirakı (Estoniya)
Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası, həmçinin beynəlxalq əlaqələrin inkişafı və yerli kinematoqrafçıların peşəkarlığının artırılmasını əsas məqsədlərindən biri hesab edir. Bütün bunların reallaşmasında beynəlxalq tədbirlərdə, kino təlimlərində iştirak vacib rol oynayır. Bu məqsədlə, AKİ 2026-cı ildə də “Kinosəyyah” proqramı çərçivəsində kinematoqrafçılarımızın beynəlxalq tədbirlərdə iştirakını dəstəkləməyi planlaşdırır.
aki.az

