Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor, rejissor Oqtay Babazadənin 85 illik yubileyi qeyd ediləcək. Tədbir çərçivəsində tarix elmləri namizədi, professor Nigar Axundovanın “Sənədli filmlər ustası” kitabının təqdimatı baş tutacaq.
Yubiley tədbiri 29 oktyabr saat 16:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək. Ünvan: Moskva pr. 1D

