Dekabrın 5-də Azərbaycan Kinematorafçılar İttifaqında AKİ-nin İdarə Heyətinin üzvü, rejissor Şamil Əliyevin 65 illik yubileyi münasibətilə “Yaradanlar-2” və “Körpələrin göz yaşı” sənədli filmlərinin nümayişi keçirildi.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova, filmlər haqda qısa məlumat verdi və rejissora memarlıq tariximizin əhəmiyyətli səhifələrini ekranda əbədiləşdirdyi üçün təşəkkürünü bildirdi.


Tamaşaçıları salamlayan Şamil Əliyev, görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyatından, fəaliyyətindən bəhs edən “Yaradanlar -2” sənədli filminin yaranma tarixçəsi haqda məlumat verdi, bioqrafik filmdə forma axtarışlarının, müəllif münasibətinin vacibliyini vurğuladı. Daha sonra, rejissor, dünyanın müxtəlif ölkələrində müharibənin, zorakılğın qurbanı olan uşaqların taleyindən bəhs edən “Körpələrin göz yaşı” sənədli filmi ilə fikirlərini bölüşdü.
aki.az

