




Azərbaycan Kinematoqrafçılar İttifaqının “Məktəblərdə nümayiş” layihəsi bu dəfə Yeni il bayramı ərəfəsində 2 nömrəli internat evində keçirilib.
Dekabrın 23-də balaca tamaşaçıların bayram günlərinə rəng qatmaq üçün onlara Vahid Talıbovun “Yeni il axşamı” və Aleksandra Şirinovanın “Balaca ev” qısametrajlı animasiya filmləri və Nurlan Həsənlinin “Erkən hisslər”, Ruslan Ağazadənin “Balaca” qısametrajlı bədii filmləri nümayiş olunub. Budəfəki tədbirdə aktyor, rejissor Taleh Yüzbəyov da iştirak edib, gələcəyimiz olan uşaqları bayram münasibətilə təbrik edib.
Nümayişdən sonra uşaqlar, AKİ-nin əməkdaşı, kinotənqidçi Aygün Aslanlı ilə nümayiş olunan filmlər haqqında müzakirə aparıblar. Daha sonra, uşaqlara bayram sovqatları paylanılıb.
Qeyd edək ki, artıq iki ildir ki, davam edən “Məktəblərdə nümayiş” layihəsi və bu formatlı tədbirlərin gəlcəkdə də davam etdirilməsi planlaşdırılır.
aki.az

