Aprelin 12-də Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə yaradılmış Azərbaycan Kaskadyorlar Gildiyasının rəsmi veb-saytının təqdimat mərasimi keçiriləcək.
Tədbir çərçivəsində kaskadyor sənətinin inkişafı, bu sahənin keçmişi, bu günü və gələcək perspektivləri barədə məlumat veriləcək. Eyni zamanda, Gildiyanın fəaliyyət istiqamətləri və planlaşdırılan layihələr haqqında iştirakçılar məlumatlandırılacaq.
Tədbirdə tanınmış rejissorlar, prodüserlər, aktyorlar və sənayenin digərinin iştirakı gözlənilir. Media nümayəndələri üçün tədbir çərçivəsində müsahibə imkanları, eksklüziv açıqlamalar, yeni yaradılmış platforma haqqında birbaşa məlumat əldə etmək imkanı təqdim olunacaq
Bu tədbir Azərbaycan kino və televiziya sənayesində yeni istiqamətin başlanğıcı kimi qiymətləndirilir.
aki.az

