Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarovun korrespondent.az saytına müsahibəsi.
– Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirildi və siz təşkilatın yeni sədri seçildiniz. Sosial mediada yayılan foto və videolar göstərir ki, qurultay iştirakçıları yekdilliklə sizə səs veriblər. Lakin AKİ-nin İdarə Heyəti sədr vəzifəsinə iki namizəd irəli sürüb. Digər namizəd AKİ-nin birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova idi. Sizin namizədliyinizə etiraz edən aktrisa və onun tərəfdarları seçkilərdən bir gün əvvəl qurultayı boykot etdilər. Bu kvoruma necə təsir etdi?
– Birliyin İdarə Heyəti konfransın yerini və vaxtını yekdilliklə təsdiqlədi. Vahid namizədlə səsverməyə getmək ideyasını dəstəkləyənlər AKİ-nin İdarə Heyətində səs vermək hüququnu itirdilər. Əksəriyyət alternativ seçkilərə səs verdi. İdarə Heyətinin azlıq təşkil edən hissəsi konfransdan bir gün əvvəl, uydurulmuş məlumatlardan tərtib edilmiş konfransın etibarsız olduğunu bildirən yalan bəyanat verdi, o bəyanatı saxta imzalarla ictimaiyyətə yeritməyə çalışdı. Konfrans məkanına da təzyiq göstərmək cəhdləri edildi, lakin zal rəhbərliyi buna imkan vermədi. İdarə Heyətinin üzvlərinə qarşı məqsədyönlü təzyiq nəticəsində kvorum pozuldu. İş o yerə çatmışdı ki, hətta onlayn yayımda görünənlərə zəng edərək zaldan çıxmalarını tələb edirdilər.
– Konfransın nəticələri Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməli idi. Bununla bağlı hansı qərar qəbul edildi?
– İclasda kvorum olmadığı üçün əlyazma imzalarla qiyabi səsvermə keçirmək qərarına gəldik. Ədliyyə Nazirliyi vəziyyətlə bağlı belə şərh verdi: “AKİ-nin Nizamnaməsi yalnız əyani olaraq şəxsən səsverməyə icazə verir və bunun üçün 50% + 1 AKİ üzvünün iştirakı tələb olunur”. Bununla bağlı qeyd etmək istərdim ki, dünən AKİ-nin bir qrup rəhbərliyinin təşkilat daxilindəki mövcud vəziyyətlə bağlı bəyanat yayıb. Həll yolu olaraq, dərhal İdarə Heyətinin iclasının çağırılması, qanuna uyğun olaraq Konfransın tarixinin təsdiqlənməsi və demokratik seçkilər yolu ilə yeni rəhbərliyin təyin edilməsi təklif edilir.
– Ş.Məmmədovanın tərəfdarlarının bu təkliflə razılaşacağına və yeni səsvermə keçirilərsə, yenidən qalib gələcəyinizə əminsinizmi?
– Kimin qalib gəlməsinin əhəmiyyəti yoxdur; vacib olan, AKİ-nin fəaliyyətinin davam və inkişaf etdirilməsidir. Mənə öz namizədliyimi geri götürməli olduğumu deyərək təzyiq edənlər var. Amma mən müstəqil namizəd deyiləm; həmkarlarım məni İdarə Heyətindən namizəd göstəriblər. Onların etimadını qırmağa haqqım yoxdur. Mən alternativ seçkilərin və konsensusun baş tutmasında maraqlıyam. Artıq bir aydır ki, İdarə Heyətinin yeni iclasının keçirilməsi və konfrans tarixinin təsdiqlənməsi üçün çalışıram. Dünənki bəyanatımız isə bu işin növbəti mərhələsidir. AKİ-nin vəkili artıq ittifaqın birinci katibinə konfransın təxirə salınmasının təşkilatın ləğvinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Axı AKİ sədr, rəhbər olmadan hazırkı statusunda bu qədər uzun müddət mövcud ola bilməz.
– İcazənizlə bir neçə il əvvəl ittifaqın parçalanmasına səbəb olan məqamlardan və bu fonda yaradılan ikinci Kinematoqrafçılar İttifaqının sədri qismində Şəfiqə Məmmədovanın hansı nailiyyətlərinin olmasından bəhs etməyinizi rica edərdim.
– 2012- ci ildə Rüstəm İbrahimbəyovun heç kimə sirr olmayan siyasi fəallığı fonunda, onilliklər boyu mövcud olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə yanaşı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) da yaradıldı. Şəfiqə xanım 12 il ərzində ARKİ-nin sədri vəzifəsində çalışdı. 2024-cü ildə AKİ və ARKİ birləşdi və Rasim Balayev yekdilliklə sədr seçildi. ARKİ-nin həmsədri Şəfiqə Məmmədova səsvermədən əvvəl öz namizədliyini geri götürmüşdü. Birləşmiş ittifaqın nizamnaməsi də təsdiq edildi. Məhz AKİ hüquqi baxımdan R. Balayevin rəhbərlik etdiyi təşkilatın qanuni varisidir. Hadisələrin xronologiyası belədir. ARKİ-nin fəaliyyətinə gəldikdə isə, mən bu məsələ ilə bağlı şərh vermək hüququna malik deyiləm, çünki mən həmin təşkilatın üzvü deyildim.
– Bu münaqişədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mövqeyi nədən ibarətdir?
– Rəsmi olaraq, Mədəniyyət Nazirliyi subordinasiya davranışı nümayiş etdirir. Çünki biz ictimai təşkilatıq. Amma aradabir bu nazirlik strukturundakı bəzi məmurların daxilindəki müəyyən vəzifəli şəxslərin qeyri-adekvat fəallığı məni təəccübləndirir. Mədəniyyət Nazirliyinin rəhbərliyini bu barədə məlumatlandırmışam və AKİ ətrafındakı mübahisəli situasiyada konstruktiv mövqelərinə görə onlara, eləcə də Azərbaycan Respublikası Kino Agentliyinin rəhbərliyinə təşəkkür edirəm.
Müsahibəni aparan: A. Həsənov / korrespondent.az/
Tərcümə etdi: Samirə Behbudqızı
22 iyul 2026

