Oktyabrın 29-da Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Elmar Bayramovun “Nəfəs” və Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmlərinin nümayişi baş tutub. Müharibə mövzusuna həsr olunmuş filmlərin nümayişi tamaşaçılara müharibənin insan talelərinə təsirini, onun yaratdığı mənəvi-psixoloji sarsıntıları və fərdi yaşantıları kino dili vasitəsilə təqdim etmək məqsədi daşıyıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı milli kinematoqrafiyanın təbliği, yerli filmlərin tamaşaçılarla görüşünün təşkili və kino mədəniyyətinin inkişafı istiqamətində müntəzəm film nümayişləri həyata keçirir.

