Aprelin 24-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında gənc rejissor Fərid İsmayılovun “Efemeral” debüt işinin nümayişi baş tutub.
Nümayişdən sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə keçən müzakirədə rejissor, filmin yaranma tarixindən danışaraq, hekayənin şəxsi təcrübəsinə əsaslandığını bildirdi. Müzakirə zamanı rejissor, həmçinin, filmdə əsas rolun ifaçısı Mamed Rəfiyev tamaşaçıları maraqlandıran suallara cavab verdi.


Qeyd edək ki, filmin ssenari müəllifi, operatoru, bəstəkarı da Fərid İsmayılovdur. Eyni zamanda aktyor kimi fəaliyyət göstərən Fərid İsmayılovun “Efemeral” qısametrajlı bədii filmi ağır sarsıntılar yaşayan bir gəncin ümidlərindən, katarsisindən bəhs edir.
aki.az

