Azərbaycan Kinematoqrafçılar İttifaqında tanımış kinorejissor və ssenarist Yavər Rzayevin 70 illik yubileyi qeyd olunacaq. Sənətkarın yubileyinə həsr olunmuş tədbirdə “Haray”, “Axırıncı addım” və “Fövqəldünya” sənədli filmləri nümayiş olunacaq.
Tədbir 5 noyabrın, saat 17:00-da AKİ-nin kinozalında keçiriləcək. Giriş sərbəstdir.

