Mayın 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “DokuToor-2” sənədli film nümayişi proqramı çərçivəsində növbəti iki qısametrajlı – Tamaşaçılara iki “Üzüm Mövsümü” (rej.Ebrahim Hesari), “Naməlum Rəssamın Portreti” (rej.Eli Gothill, Owen Gothill) – sənədli film təqdim olunub.



Bu filmlər öz metaforik, poetik hekayəsi ilə tamaşaçılara real hissləri aşıladı. Belçika,Almaniya istehsalı olan “Naməlum Rəssamın Portreti” filmi tamaşaçılara yalnız bir xəstəliyin hekayəsi deyil – o, zəifləyən bədənə qarşı dayanan ruhun, uğurun mənasının və zamanın qaçılmaz axınının dərin poetik tədqiqini,İran istehsalı olan “Üzüm mövsümü” filmi isə metaforik gücü ilə yetişmiş üzümlərin hekayəsi üzərindən sevginin transformasiyaedici gücünü anladır.
Nümayişdən sonra kinotənqidçi Aygün Aslanlı və kinoşünas Sevinc Xanbutayevanın moderatorluğu ilə sual-cavab sessiyası və açıq müzakirə hissəsi keçirilmişdir. Tamaşaçılar filmlərlə bağlı maraqlı fikirlərini bölüşmüş, suallarını ünvanlamışlar.
Qeyd edək ki, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə keçirilir.

