22 oktyabr 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında Vətən müharibəsinin ildönümü münasibətilə təşkil olunan film nümayişləri çərçivəsində rejissor Elem Klimovun “Gəl və gör” (1985) tammetrajlı bədii filmi Azərbaycan dilində dublyajla nümayiş etdirilib.

Nümayişin əsas məqsədi müharibənin insan talelərinə, gündəlik həyata və mənəvi dünyaya təsirini kino vasitəsilə əks etdirmək, tarixi yaddaşın qorunmasına töhfə vermək və tamaşaçıları müharibənin humanitar, sosial və mənəvi nəticələri haqqında düşünməyə təşviq etmək olub. Müharibənin insan həyatında buraxdığı dərin izlərə və onun faciəvi nəticələrinə həsr olunmuş film nümayişləri qarşıdakı həftələrdə də davam etdiriləcək. Proqram çərçivəsində hər həftənin cümə axşamı Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında müharibə mövzusunda müxtəlif bədii və sənədli filmlər tamaşaçılara təqdim olunacaq.
aki.az

