Oktyabrın 20-də AKİ-nin kino zalında Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Berlin Beynəlxalq Film Festivalında “Gümüş Ayı” mükafatının qalibi, plastilin animasiyası üzrə tanınmış polyak və alman rejissoru İzabella Pluçinska ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan AAS-nın rəhbəri Rəşid Ağamalıyev qonaqları salamladıqdan sonra İzabella Pluçinskanı tamaşaçılara təqdim edib.
Daha sonra rejissorun dünyanın müxtəlif festivallarında uğur qazanmış filmlərinin nümayiş olunub.
Nümayişdən sonra İ.Pluçinska komandası ilə yaradıcılıq prosesini əks etdirən kadrların müşayiəti ilə öz üslubu, personajları necə ərsəyə gətirdiyi, plastilinlə işləməyin səciyyəvi xüsusiyyətləri barədə məlumat verib.
Həmçinin İzabella Pluçinska hazırda ARKA-nın dəstəyi ilə Azərbaycan aşıq musiqisi və modern musiqinin sintezi üzərində qurulmuş animasiya filmi üzərində işlədiyini deyib. Azərbaycan-Almaniya və Polşanın müştərək işi olacaq layihənin bəstəkarı Azər Hacıəsgərli, prodüseri Rəşid Ağamalıyevdir.




aki.az

