Özbəkistanın paytaxtı Daşkənddə 15–17 dekabr tarixlərində “CANLI TARİX” Beynəlxalq Kinoforumu keçirilib. Forum çərçivəsində TÜRK dövlətləri arasında beynəlxalq əməkdaşlıq və müştərək film layihələri müzakirə olunub. Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında memorandum imzalanıb.


“Maqsud Şeyxzadə” bədii filminin birgə istehsalı üzrə memoramdumu Özbəkistan Kino Agentliyinin direktoru Şöhrat Rizayev, Azərbaycan tərəfdən “Nova Gorica” kino mərkəzinin direktoru Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Tahir Tahiroviç imzalayıblar.
Qeyd edək ki, Maqsud Şeyxzadə Qazaxın Salahlı kəndindəndir. Özü isə 1908-ci il noyabrın 7-də Ağdaş rayonunda doğulub. Şeyxzadə Özbəkistanın filosof şairi, böyük alimi, görkəmli pedaqoqu, dilçisi və ədəbiyyatşünasıdır.
aki.az

