2026-cı ildə istehsalı tamamlanan “Qurğuşun” qısametrajlı bədii filmi dram janrındadır. Filmdə hadisələr, şəhərdə törətdiyi cinayətin nəticələrindən qaçan kiçik qardaşın gizlicə tərk etdiyi doğma kəndinə on il sonra qayıtması üzərində qurulub.
Filmin rejissoru Rüstəm Babazadə, ssenari müəllifləri isə Rüstəm Babazadə və Əli-Səttar Quliyev, operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Samirə Şamxalovadır.
Filmdə Rasim Cəfər, Zaur Şəfiyev və Asiman Ağa Rövşən iştirak edirlər.
Prodüserlər Əli-Səttar Quliyev, Rüstəm Babazadə və Zaur Şəfiyev, həmprodüserlər Emil Nəcəfov və Pərviz Məmmədovdur.
Ultra-Production, AKİ və İTV-nin dəstəyilə ərsəyə gələn filmin premyerası 2027-ci ilə planlaşdırılır.

